AMEA-nın Nizamnamə Komissiyasının sədri dəyişib.
Modern.az xəbər verir ki, keçirilən açıq səsvermədə Komissiyanın yeni sədri AMEA-nın I vitse-prezidenti Arif Həşimov seçilib. Həmçinin Komissiyanın tərkibi təsdiqlənib. Komissiyanın tərkibinə akademiklər Telman Əliyev, İsmayıl Hacıyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, Habil Qurbanov, Ulduz Haşımova, Nazim Cəfərli, Hüseyn Hüseyov, Kamal Əliyev Ağahüseyn Şükürov daxildir.
Qeyd edək ki, 2013-cü ildən bəri komissiyaya İsa Həbibbəyli rəhbərlik edib.