Modern.az

2250 km yol qar örtüyündən təmizlənib - Nazirlik

2250 km yol qar örtüyündən təmizlənib - Nazirlik

Aktual

16 Mart 2023, 15:44

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin mart ayının 1-dən 15-dək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində ümumilikdə 2250 km-dək yol qar örtüyündən təmizlənib.

 

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.

1226252

1226251

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı