Modern.az

TDT liderləri Tehrandakı səfirliyimizə hücumu QINADI

TDT liderləri Tehrandakı səfirliyimizə hücumu QINADI

Aktual

16 Mart 2023, 16:57

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Təşkilatın Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə imzalanan Ankara Bəyannaməsində bildirilib.

 

Bəyannamə sənədində qeyd olunub ki, hadisəyə görə məsuliyyət daşıyanlar ədalət qarşısında cavab verməlidirlər.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı