Modern.az

Şəhid ailə üzvlərinin 126,4 min borcu silinib

Şəhid ailə üzvlərinin 126,4 min borcu silinib

Aktual

17 Mart 2023, 11:15

Ötən il "YAŞAT" Fondu tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 905, itkin ailə üzvlərinin 3 və yaralıların 1,3 min müraciəti olmaqla ümumilikdə 2,2 min müraciət təmin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. 

 

Hesabatda bildirilir ki, müraciətlərin təmin edilməsi üçün Fondun büdcəsindən 688 min manat vəsait aidiyyəti üzrə sərf edilib.

 

Fondun təşəbbüsü ilə şəhid ailə üzvlərinin 126,4 min manat həcmində borc öhdəliyi bank və qeyri-bank təşkilatları tərəfindən ödənilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı