Modern.az

Eldar Sultanovun yerinə müvəqqəti təyinat oldu

Eldar Sultanovun yerinə müvəqqəti təyinat oldu

Aktual

17 Mart 2023, 15:04

Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Sahib İsmayılova həvalə olunub.

 

Modern.az xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

 

Qeyd edək ki, Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini vəzifəsində çalışıb.

 

Xatırladaq ki, son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyev martın 16-da Baş Prokurorluğun inzibati binasında onu qəbul edib, “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı