Modern.az

Türkiyəyə dəstək konfransı - Rusiya dəvət olunmadı

Türkiyəyə dəstək konfransı - Rusiya dəvət olunmadı

Aktual

20 Mart 2023, 09:40

Avropa Birliyi Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə maliyyə dəstəyi toplamaq üçün sabah Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Donorlar Konfransı keçirəcək.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) elan etdiyi konfrans Türkiyənin koordinasiyası ilə Aİ Komissiyası və Avropa Şurasının müvəqqəti sədri İsveç tərəfindən birgə təşkil ediləcək.

 

Konfransa Avropa İttifaqına üzv, namizəd və potensial namizəd ölkələr, qonşu və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla G20 üzvləri, Körfəz Əməkdaşlıq Şurasının üzvləri, Birləşmiş Millətlər Təşkilatı (BMT), humanitar fəaliyyət göstərənlər, Avropa və beynəlxalq maliyyə qurumları dəvət olunub.

 

Konfransın açılışında Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və İsveçin Baş naziri Ulf Kristersson çıxış edəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı