Modern.az

3 gün yağış yağacaq - PROQNOZ

3 gün yağış yağacaq - PROQNOZ

Aktual

21 Mart 2023, 12:22

Milli Hidrometeorologiya Xidməti qarşıdakı günlərdə bölgələrdə gözlənilən hava şəraitini açıqlayıb.

 

Xidmətdən Modern.az-a bildirilib ki, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.

 

Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq.

 

Şahdağda havanın arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

 

Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.

 

İsmayıllı rayonunda arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq.

 

Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq.

 

Lənkəran rayonunda arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

 

Şəki rayonunda arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı