Modern.az

AMİP Etibar Məmmədovun “kitabını” bağladı

AMİP Etibar Məmmədovun “kitabını” bağladı

Aktual

28 İyun 2013, 12:31

Azərbaycan Milli İstiqlal Partiyası qurultay hazırlıqlarını davam etdirir. Qurultayın iyul ayında keçiriləcəyi planlaşdırılır. Bu barədə Modern.az saytına AMİP-in  beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev məlumat verib.

Partiya rəsmisinin sözlərinə görə, qurultayda partiyada seçkili orqanlar yenidən formalaşacaq.

 “Qurultaya hazırlıq gedir. Sadəcə olaraq qurultayın nə zaman keçiriləcəyi bəlli deyil. Ola bilsin ki, iyul ayının ikinci yarısında qurultay keçirilsin. Qurultayda partiyaya sədr seçiləcək. Bildiyimiz kimi, bizim partiyada 3 ildən bir qurultay keçirilir. Qurultayda struktur dəyişikliyi gözlənilir”-deyə E.Mustafayev bildirib.

AMİP funksioneri daha sonra partiya lideri Etibar Məmmədovun prezidentliyə namizədliyindən danışıb. Onun sözlərinə görə, E.Məmmədovla bağlı məsələyə AMİP-də baxılmayacaq:

 "Etibar Məmmədov prezidentliyə namizəd olmayacağını açıqlayıb. Partiya liderinin razılığı olmadan onun namizədliyinin müzakirə olunması düzgün hesab olunmur.  Biz əvvəlcədən də bəyan etmişik ki, AMİP seçkilərdə iştirak edəcək. Partiyanın seçkilərdə öz namizədi də ola bilər, fikirləri, mövqeyi üst-üstə düşən digər bir namizədi də dəstəkləyə bilər"

AMİP Azərbaycanda ilk qeydiyyatdan keçən siyasi partiyadır. 1992-ci ildə təsis edilən partiyaya Etibar Məmmədov siyasətdən getdikdən sonra hazırda Yusif Bağırzadə rəhbərlik edir.

Anar RÜSTƏMOV

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı