Modern.az

İstanbulda İsrail konsulluğuna hücum: 3 nəfər öldürülüb

İstanbulda İsrail konsulluğuna hücum: 3 nəfər öldürülüb

Dünya

7 Aprel 2026, 13:58

Türkiyənin İstanbul şəhərindəki İsrail konsulluğuna silahlı hücum edilib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisə nəticəsində 2 polis əməkdaşı yaralanıb.

İsrail konsulluğuna hücumda iştirak edən 3 nəfər öldürülüb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, İstanbulda İsrail Konsulluğu ətrafında baş verənlərlə bağlı Cumhuriyyət baş prokurorluğu tərəfindən istintaq başladılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı