Modern.az

Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi oldu-YENİLƏNİB1

Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi oldu-YENİLƏNİB1

Sports

30 Mart 2026, 21:28

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.

Modern.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (9:8) Azərbaycan yığması turnirin qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

***

21:02

"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda penaltilər seriyası olacaq.

Modern .az xəbər verir ki, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqəsində qonaqların heyətində Daniel Kanu fərqlənib.

72-ci dəqiqədə Rahil Məmmədov tarazlığı bərpa edib.

***

19:01

"FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan - Syerra Leone oyunu start götürüb.

Modern.az-ın məlumatına görə, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da başlayıb.

Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı