Modern.az

Satışda olan qaz sobaları standartlara cavab vermir

Satışda olan qaz sobaları standartlara cavab vermir

Ölkə

5 Noyabr 2009, 16:56

Son illər qazla işləyən məişət avadanlıqlarının istifadəsi zamanı ölkədə baş vermiş bədbəxt hadisələrin təhlili göstərib ki, faciələrin əsas səbəbi cihazların keyfiyyətsizliyi və istismar qaydalarına riayət edilməməsidir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən aparılmış monitorinqlərin nəticələri bir daha sübut edib ki, əhaliyə realizə edilən bu malların əksər hissəsi müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab vermir.
Modern.az xəbər verir ki, komitənin yadığı məlumata görə, satılan cihazların keyfiyyətini və təhlükəsizliyini təsdiq edən uyğunluq sertifikatları, istismar qaydalarını Azərbaycan dilində açıqlayan təlimatlar və texniki pasportlar, mənşə sertifikatları və digər zəruri sənədlər mövcud deyil. Komitə tərəfindən bütün hallarda təhlükə mənbəyi hesab edilən belə malların satışı qadağan edilmiş və ticarət şəbəkələrindən çıxarılıb.
Lakin, bunlara baxmayaraq bütövlükdə pozuntuların qarşısını almaq mümkün olmayıb, mənşəyi, keyfiyyəti və təhlükəsizliyi müəyyən olunmayan məişət, qaz avadanlıqlarının satışı hələ də davam edir. Məsələnin əhəmiyyəti payız-qış mövsümündə daha da artaraq təsirli tədbirlərin görülməsini tələb edir.
"Məlumat üçün bildiririk ki, hal-hazırda Komitə tərəfindən Polşanın “Termet”, Çexiyanın “Moro-top”, Türkiyənin “Bayvak”, “Kuturami”, İtaliyanın “Roka” nişanlı avadanlıqlarına, İran İslam Respublikasının “Jahan Afrooz ”, “Qaynar Xəzər” və “Şoreh-Tos” nişanlı qaz sobalarına uyğunluq sertifikatları verilmişdir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçirilməli və uyğunluğunu təstiq edən sertifikat olmadıqda belə malları (o cümlədən xarici malları) respublikada satmaq və istifadə etmək qadağandır"-deyə komitədən bildirilib.
Qanun və qərarların icrasını, vətəndaşların həyatı, sağlamlığı və əmlakının qorunmasını təmin etmək məqsədilə, keyfiyyəti və təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların satışının qarşısının alınması istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cari ilin 5 noyabr tarixindən etibarən monitorinqlərə başlayıb. Monitorinqlərin nəticələri barədə Kütləvi İnformasiya Vasitələrinə məlumat veriləcək. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı