Modern.az

Bu gün bəzi rayonlarda qaz təchizatı dayandırılıb

Bu gün bəzi rayonlarda qaz təchizatı dayandırılıb

Страна

20 Noyabr 2009, 10:54

ARDNŞ-dən verilən məlumata göeə, "Türkan-1” Qaz Paylayıcı Stansiyasından Türkan qəsəbəsinə gedən qaz xəttində və “28 May” Qaz Paylayıcı Stansiyasından Zirə qəsəbəsinə gedən qaz xəttində təmir işləri ilə əlaqədar olaraq noyabrın 20-də saat 10:00-dan 18:00-dək Əzizbəyov rayonu Türkan və Zirə qəsəbələrinin bir hissəsinə qaz verilməyəcək.
Əzizbəyov dairəsi Qaz Paylayıcı Stansiyasında “Nərimanov” sərf ölçmə qovşağında quraşdırılmış 159,85 mm-lik diafraqmanın sərfə uyğun daha böyük ölçülü diafraqma ilə əvəz edilməsi ilə əlaqədar saat 10:00-dan 14:00-dək Nərimanov rayonu ərazisində də qaz təchizatı olmayacaq.
Noyabrın 20-də Qazax rayonunun Yuxarı Salahlı Avtomatik Qaz Paylayıcı Stansiyasından rayonun Aslanbəyli kəndinə gedən 159 mm-lik daşıyıcı qaz kəmərinin 100 mm-lik hissəsində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar saat 10:00-dan 18:00-dək təbii qazın verilişi dayandırılacaq.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı