Modern.az

1,5 milyon manata təmir olunacaq məktəblər: Nazirlk tenderinin qalib şirkətləri...

1,5 milyon manata təmir olunacaq məktəblər: Nazirlk tenderinin qalib şirkətləri...

Ölkə

11 İyul 2011, 12:40

Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Hökuməti arasında imzalanmış Maliyyələşdirmə Sazişinə əsasən, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə cərzivəsində 5 məktəbin təmiri üzrə tender prosesi başa çatıb. Nazirlik tenderdə iştirak edən təşkilatların adlarını və onların təkliflərini açıqlayıb. Və məlum olub ki, tenderdə qalib gələn qurumların təhsil ocaqlarını təmir etməsi neçəyə başa gələcək. Tenderin nəticələri əsasında imzalanmış müqavilələrdə hər bir məktəbinm təmirinə orta göstərici ilə 1.5 milyon manat sərf olunacaq.

Modern.az Təhsil Nazirliyinə istinadən bildirir ki, Bakı şəhər Nəsimi rayonu 164 nömrəli orta məktəb təmir olunacaq təhsil ocaqlarından biridir. Bu məktəbin təmiri ilə bağlı keçirilən tenderdə  “Təşəbbüs LTD” MMC, “TT 14” MMC, “Yeni Memar” MMC, “İnşaat Təmir-Tikinti və İstehsal muəssisəsi” MMC iştirak edib. Sonda nazirlik “Təşəbbüs LTD” MMC-nin təkliflərini bəyənərək onunla 1 milyon 532 min 076 manat məbləğində mğqavilə imzalayıb.

Tenderdə imzalanmış digər müqaviləyə əsasən, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziyanın təmirini “Yeni Memar” MMC həyata keçirəcək. Bu qurumla 1 milyon 325 min 330 manat məbləğində müqavilə imzalanıb.

Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseyin təmiri üçün “BTC” MMC ilə 1 milyon 951 min 514 manat məbləğində müqavilə imzalanıb.

Ağdaş şəhər 1 nömrəli tam orta məktəbin təmirinə də nə az nə çox düz 1 milyon 263 min 834 manat sərf olunacaq. Təmir işlərini tenderdə qalib gəlmiş “Gənclik İnşaat” MMC və “İnşaat-İstehsalat Fİ” MMC-dən ibarət birgə muəssisə həyata keçirəcək.

Şirvan şəhər 16 nömrəli orta məktəbin təmiri ilə bağlı Təhsil Nazirliyi ilə “PERLİT” MMC və “Kirs” firmasından ibarət birgə muəssisə arasında 1 milyon 789 min 038 manat məbləğində müqavilə imzalanıb.

Təhsil Nazirliyinin açıqladığı siyahıdan görünür ki, hər bir təhsil ocağı ilə bağlı keçirilən tenderdə eyni şirkətlər itirak edib - “Təşəbbüs LTD” MMC, “TT 14” MMC, “Yeni Memar” MMC, “İnşaat Təmir-Tikinti və İstehsal muəssisəsi” MMC, “BEST LTD” MMC, “PERLİT” MMC...

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı