Modern.az

Dörd rayonun Təhsil şöbələrinin işi araşdırılır...

Dörd rayonun Təhsil şöbələrinin işi araşdırılır...

کشور

16 Sentyabr 2010, 12:04

Bu il tələbə qəbulu zamanı Azərbaycanda ən zəif nəticə göstərmiş rayonlar Ağsu, Ağdaş, Daşkəsən və Füzuli olub. Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.  

Məsələylə bağlı münasibətini bildirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Lalə Abbasovanın sözlərinə görə, həmin rayonlarda ya Təhsil şöbələrinin müdirləri işləmirlər, ya da nizam-intizama fikir vermirlər: “Azərbaycanda müasir standartlara uyğun məktəblər tikilir. Ancaq mən düşünürəm ki, bu dörd rayonun göstəricisi həm də müəllim və valideynlərin günahıdır. Burada məmur rüşvətxorluğu, mütəxəssis zəifliyi də belə nəticəyə gətirə bilər. İstənilən halda bununla bağlı ölçü götürülməlidir”.

Məsələyə Təhsil Nazirliyinin də münasibətini öyrəndik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, bu məsələ onların da diqqətindədir: “Yaxın on gün ərzində bununla bağlı açıqlama veriləcək. Hazırda məsələ öyrənilir, araşdırma aparlır”.  

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı