Modern.az

Qənirə Paşayeva bazar ertəsi sənədlərini DSK-ya təqdim edəcək

Qənirə Paşayeva bazar ertəsi sənədlərini DSK-ya təqdim edəcək

Ölkə

18 Sentyabr 2010, 22:06

105 saylı Tovuz seçki dairəsini hazırda Milli Məclisdə təmsil edən millət vəkili Qənirə Paşayeva bazar ertəsi sənədlərini bu dairənin seçki komissiyasına təqdim edəcək. Bu barədə Modern.az-a deputatın köməkçisi Elnur Qəhrəmanov məlumat verib.  Köməkçinin sözlərinə görə, Q.Paşayeva 105 saylı dairənin seçicilərinin böyük etimadını qazandığından təkrar buradan deputat olmaq iddiasındadır.

Q.Paşayeva 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
1998-ci ildən 2005-ci ilədək ANS televiziyasında müxtəlif vəzifələrdə çalışıbr. 2005-ci ildən Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəridir.
Bitərəfdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Qeyd edək ki, sentyabrın 18-də Yeni Azərbaycan Partiyası 105 saylı Tovuz seçki dairəsindən özünün namizədi kimi Nurəddin Əsəd oğlu Aslanovu siyahəda göstərib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı