Modern.az

Müəllimlər İnstitutunda hicablı tələbələr dərsə buraxılmır

Müəllimlər İnstitutunda hicablı tələbələr dərsə buraxılmır

Ölkə

22 Sentyabr 2010, 10:15

Artıq neçənci gündür ki, yeni dərs ili başlayıb. Hər il olduğu kimi, bu il də bəzi tədris müəssisələrində inanclı tələbələrə qarşı diskriminasiya faktı müşahidə olunur.  Hazırda paytaxt Bakıda nadir istisnalar olmaqla tədris müəssisələrində hicablı tələbələrə qarşı heç bir qadağa müşayət edilməsə də, Azərbaycan Müəllimlər İnstitutunda inanclı xanım tələbələr dərslərə buraxılmır.
Modern.az-ın məlumatına görə, yeni dərs ilinin əvvəlindən bu ali məktəbin hicablı tələbələri DEVAMM-a şikayətlə müraciət ediblər ki, onlardan başlarını açmaları tələb edilib, əks təqdirdə dərsə buraxılmayacaqları bildirilib. Yeni tədris ilinin ilk gündən adı çəkilən ali məktəbdə DEVAMM monitorinq həyata keçirir.
DEVAMM –dan verilən məlumata görə, sentyabrın 21-də Müəllimlər İnstitutunun bütün inanclı tələbələri prorektor Tünzalə Yusifova tərəfindən dərslərdə iştirak etmək hüququndan məhrum ediliblər. Prorektor Tünzalə Yusifova hicabı qadağanedici heç bir qanun olmadığını bildirsə də, lakin bu cür hərəkəti davam edəcəyini qeyd edib.
Hazırda DEVAMM-ın monitorinq qrupu Hacı İlqar İbrahimoğlunun rəhbərliyi ilə institut önündə monitorinqi həyata keçirməyi davam edirlər. Yaranmış vəziyyətlə bağlı DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bu problemi şərh edərkən bildirib: "Müəllimlər İnstitutunda hicablı tələbələrin dərsə buraxılmaması xanımların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Xatırladım ki, 3 il öncə, 2007-ci ildə həmin bu ali məktəbdə belə bir problem yaşanmışdı və o zaman tez bir zamanda öz hüquqi həllini tapdı. Ümid edirik ki, bu il də yaşanan hüquq pozuntusu tezliklə öz həllini tapacaq".

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı