Modern.az

Əli Həsənov yeni salınan köçkün qəsəbələri ilə bağlı tapşırıqlar verib

Əli Həsənov yeni salınan köçkün qəsəbələri ilə bağlı tapşırıqlar verib

Ölkə

24 Sentyabr 2010, 11:47

Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə işlərin gedişi ilə yerində tanış olub. Bu barədə Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Həsənov Füzuli, Ağdam, Goranboy, Yevlax rayonlarına səfər edib. Komitə sədri Bərdədə məskunlaşan məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq məqsədilə rayon İH- nin binasında keçirilən müşavirədə iştirak edib. “Dövlətqaçqınkom”un sədri bildirib ki, rayon ətrafındakı fin tipli qəsəbələrdə, məktəb və bağçalarda məskunlaşan məcburi köçkünlərdən ötrü yaşayış binalarının inşa edilməsi üçün də müvafiq torpaq sahələri ayrılıb və yaxın vaxtlarda burada da tikinti işlərinə başlanılacaq.

Ə.Həsənov Füzuli rayonunun Horadiz qəsəbəsində inşa edilmiş son tamamlama və abadlaşdırma işləri aparılan Horadiz Olimpiya İdman Kompleksində olub. Kompleksdə çalışan tikinti təşkilatına tövsiyələrini verib.
Sonra Ə.Həsənov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının və ona edilmiş əlavələrin bəndlərinə əsasən Quzanlı qəsəbəsinin yaxınlığında salınan yeni qəsəbədə də olub. Bildirlib ki, 689 məcburi köçkün ailəsi üçün 70 hektardan ibarət ərazidə salınmış qəsəbədə artıq mənzillərin tikintisi başa çatdırılıb, 440 yerlik məktəbdə, 50 yerlik uşaq bağçasında, inzibati binalarda işlər tezliklə başa çatdırılacaq. Qəsəbədəki iki otaqdan ibarət 322, üç otaqdan ibarət 264, dörd otaqdan ibarət 48 və bir otaqdan ibarət 55 mənzil və digər sosial obyektlər bütün kommunikasiya xətləri ilə təmin edilib.
Ə. Həsənov Goranboy da olub. Bu rayonda 20 hektar sahədə çoxmərtəbəli binalardan ibarət məhəllədə 164 ailə üçün 3 beşmərtəbəli binada inşaat işləri başa çatdırılaraq istifadəyə hazır vəziyyətə gətirilib. Rayon ərazisində Naftalanda məskunlaşan 688 məcburi köçkün ailəsi üçün tikilən mərhəllədə 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası fəaliyyət göstərəcək.
Ə.Həsənova məlumat verilib ki, burada artıq bütün kommunikasiya xətləri çəkilib, qəsəbəni içməli su ilə təchiz edəcək su anbarının tikintisi də başa çatdırılıb.

Yevlax rayonunda 612 məcburi köçkün ailəsi üçün 10 ədəd beşmərtəbəli binalardan ibarət məhəllə salınıb. Burada binaların tikintisi ilə bərabər 440 yerlik orta məktəb binasının, 50 yerlik uşaq bağçasının, klub- icma mərkəzinin tikintisi də davam etdirilir. Bunlarla yanaşı, binaların və mənzillərin texniki infrastrukturlarla təchizatı da artıq başa çatmaq üzrədir.
Məhəllədəki bina, məktəb və digər sosial obyektlərdə tikinti işlərinin vəziyyəti ilə yerində tanış olduqdan sonra Baş nazirin müavini Ə. Həsənov məhəllənin tikintisində iştirak edən inşaat idarələrinin rəhbərlərinin nəzərinə çatdırıb ki, Yevlax rayonunda məskunlaşan məcburi köçkünlər üçün salınan bu məhəllənin vaxtında və keyfiyyətlə istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir.

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı