Milli Məclisə keçiriləcək seçkilərdə namziədliyini 26 saylı Sabunçu birinci seçki dairəsindən irəli sürmüş Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa onun dairəsini dəyişəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qeyd edək ki, bəzi mətbuat orqanları F.Mustafanın keçmiş silahdaşı AXCP sədri Əli Kərimliin dairəsindən namizəd olacağını xəbər veriblər.
Modern.az-a açıqlamasında F.Mustafa bildirib ki, onun guya 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd olacağı barədə xəbərlər məqsədli şəkildə yayılır. “Mənə qarşı bəzi dairələr xüsusi kampaniyaya başlayıbıar. Dairəmi dəyişməyimlə bağlı deyilənlər yalandır”-deyən F.Mustafanın sözlərinə görə, BQP-nin müstəqil partiya kimi fəaliyyətini özü müəyyənləşdirir.
Modern.az