Modern.az

Yaxın 3 günün hava proqnozu

Yaxın 3 günün hava proqnozu

Ölkə

27 Sentyabr 2010, 13:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz 23-25, axşam 18-20 dərəcə isti olacaq.
Sentyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi ehtimal olunur.Havanın temperaturu gecə 15-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Sentyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi və cənub küləyinin əsəcəyi ehtimalı var.  Havanın temperaturu gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq.
Sentyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi və yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-19, gündüz 26-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Sentyabrın 28-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 15-19, gündüz 24-28, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.
Sentyabrın 29-30-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, cənub-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 15-20, gündüz 26-30, dağlarda gecə 11-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraitinin üstünlüyü, meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı