“SSRİ-də əmək, sosial hüquqlar əksini tapmışdı, ancaq ümumilikdə insan hüquqları ritorikadan başqa bir şey deyildi”.
Modern.az-ın məlumatına görə, bunu parlamentin İnsan hüquqları komitəsinin təşkil etdiyi dinləmədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. Aparatı rəhbəri insan hüquqlarının daim inkişaf edən sahə olduğunu vurğulayıb:
“Hər yeni nəsil yeni problemlər gətirir. İnsan hüquqları ilə məşğul olan insanlar heç vaxt sakit dura bilməzlər və biz də bu problemləri həll etməliyik. Mən sevinirəm ki, Azərbaycanda çoxlu sayda QHT yaranıb və o QHT-lər insanlar üçün çalışır. Ölkə rəhbərliyi də insan hüquq və azadlıqları sahəsində problemlərin həllini diqqətdə saxlayır.
Qeyd etmək istəyirəm ki,Milli Məclis Aparatı insan hüquqlarına zidd olan heç bir qanunu qəbul etməyəcək”.
Ağa AKİFOĞLU