Modern.az

Azərbaycandakı Çernobıl əlillərinin güzəştləri açıqlandı

Azərbaycandakı Çernobıl əlillərinin güzəştləri açıqlandı

25 Aprel 2016, 14:45

1986-cı ilin 26 aprelində  Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün Azərbaycanda bir sıra işlər görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 1993-cü ölkəmizdə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib.
Azərbaycanın sosial qanunvericiliyində Çernobıl əlilləri əlilliklərinin səbəbinə görə Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar və Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar kateqoriyaları üzrə müəyyən ediliblər.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan vətəndaşlar (2864 nəfər) ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilir və onlara əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.

Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar (1730 nəfər) aylıq sosial müavinət və ya əlilliyə görə əmək pensiyası, bu kateqoriyadan olan və əmək pensiyası almaq hüququ olmayan I qrup əlillər isə əlilliyə görə sosial müavinətlə bərabər, Prezident təqaüdü ilə də təmin olunurlar.

Eyni zamanda, Çernobıl əlillərinin müalicə üçün ildə bir dəfə birdəfəlik müavinətlə, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının (878 nəfər uşaq) aylıq sosial müavinətlə təminatı həyata keçirilir. Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Ötən dövrdə 200 nəfərə yaxın  Çernobıl əlilinə mənzil, 2014-cü il yanvarın 1-nə qədər növbədə olan bütün  Çernobıl əlillərinə isə avtomobil təqdim edilib. Onların sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidmətləri və s. ilə təminatı sahəsində də müvafiq işlər görülür.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi