Modern.az

TQDK sınaq imtahanlarının nəticələrini açıqladı

TQDK sınaq imtahanlarının nəticələrini açıqladı

27 Aprel 2016, 15:13

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 24-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 27-də saat 11:00-dan etibarən elan edib.

Modern.az xəbər verir ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 48382 abituriyentdən 3259 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 10 abituriyentin imtahan nəticələri ləğv edilib. 

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ