Modern.az

“ Ermənistan rəhbərləri nə edəcəklərini bilmirlər”

“ Ermənistan rəhbərləri nə edəcəklərini bilmirlər”

2 May 2016, 00:27

 

“Ermənistan tərəfi və Ermənistan rəhbərləri nə edəcəkləri barədə bir qərara gələ bilmirlər. Hazırki vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur, gah da mıxa. Biri bir söz deyir, digəri onun əksinə olan başqa bir söz deyir”. Modern.az saytı xəbər verir ki, bunu ANS-ə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədovun sözlərinə görə, bu sadəcə mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir: “Azərbaycanın səbri tükənə bilər. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar". 

Norvruz Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsi ölkəmizin nüfuzuna təsir etməyib: "Azərbaycana investisiya qoymaq, Azərbaycanla əməkdaşlıq etmək arzusu çoxalıb."

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var