Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin keçmiş dekanı Qara Namazov vəfat edib.
Modern.az xəbər verir ki, tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, bu gün vəfat edib.
Qara Namazov 8 may 1930-cu ildə Qаrаqоyunlu еlinin İcеvаn rаyоnunun Əmirxeyir kəndində аnаdаn оlub. 1962-1967–ci illərdə AMEA Tarix institutunda kitabxana arxivinin müdiri, 1966-1970–ci illərdə Azərbaycan Dillər Universitetinin Biblioqrafiya kafedrasında baş müəllim, 1971-2002–ci illərdə Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor, 2002-2006–cı illərdə Filologiya fakültəsinin dekanı, 2002-2008-ci illərdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, 2001-ci ildən bu günə qədər isə «Dədə Qorqud» Elmi Tədqiqat Laboratoriyasının rəhbəri olub.
Allah rəhmət eləsin...
Modern.az