Modern.az

“AXA MBASK” özünün ilk sığorta agentliyini açır

“AXA MBASK” özünün ilk sığorta agentliyini açır

17 Yanvar 2011, 13:02

“AXA MBASK” sığorta şirkəti, pərakəndə satışın sığorta agentlikləri şəbəkəsi vasitəsi ilə inkişaf etdirilməsi planına müvafiq olaraq “Xəzər” agentliyi ilə özünün tərəf-müqabillik haqqında ilk sazişini bağlayıb.

Beləliklə, “Xəzər” agentliyi, АХА MBASK-ın tam dəstəyi ilə açılmış ilk agentlik oldu. Agentliyin fəaliyyəti fiziki hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə sığorta olunmanın bütün növləri üzrə işə istiqamətlənəcək.

Bu hadisəni şərh edərək, agentliyin direktoru Əskər Ocaqverdiyev qeyd etdi ki, “agentliyi açmaqla və məhz “АХА MBASK” ilə saziş bağlamaqla, biz öz süçimimizin düzgünlüyünə əminik. Ölkədə sığorta olunmanın inkişaf etməsi ilə, agent fəaliyyəti get-gedə daha sərfəli biznesə çevrilir, AXA-nın dünyəvi brendi və yüksək servis səviyyəsi ilə isə biz müştərilərimizə təklif olunacaq sığorta məhsullarının yüksək keyfiyyətində əminlik əldə edirik. АХА MBASK təkcə bizə agentliyin açılması prosesində tam dəstək vermir, ən əsası odur ki, sərfəli maddi motivasiya sistemini, keyfiyyətli texniki və anderraytinq dəstəyini verir”.

““Xəzər” agentliyinin fəaliyyətinin prioritet təşkil edən istiqamətləri müştərilərlə kommunikasiyanın səmərəlilik səviyyəsinin daha da yüksəldilməsi, agent satışlarının yüksək səviyyəsini əldə etməyə imkan verən sistemin qurulması olacaqdır”, - deyə A.Ocaqverdiyev bildirdi.

“АХА МBАSК” Sığorta Şirkəti İdarə Heyəti sədrinin birinci müavini  Rəşad Abbasov deyib ki, “agentliklərin açılması ilə biz sığorta olunmanı müştərilər üçün daha da əlverişli edirik. Beynəlxalq təcrübə göstərir ki, agentlərsiz və agentliklərsiz pərakəndə satışın inkişafı praktiki olaraq mümkün deyildir. Biz şirkətdə pərakəndə satış modelini tamamilə yenidən qurduq və bu modeldə ən böyük rolu məhz sığorta agentlikləri oynayacaqlar. “AXA MBASK”, agent fəaliyyəti ilə məşğul olmaq istəyən yerli sahibkarları tam mənada dəstəkləməyə hazırdır. “Xəzər” agentliyinə onların bu başlanğıcında müvəffəqiyyətlər arzulayırıq və əminik ki, istər Bakıda, istərsə də regionlarda, digər agentliklər də “Xəzər”in ardınca gedəcəklər”.

Xatırladaq ki, ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti əsas səhmdarını dəyişmişdi. Şirkətin səhmlərinin nəzarət paketini (51%), özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsi ilə AXA Group (Fransa) əldə etmişdi.

AXA Group – maliyyə mühafizəsi sahəsində dünya lideridir. АХА Group öz fəaliyyətini, daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit okean regionunda cəmləşdirməklə, bütün dünya üzrə 57 plkədə həyata keçirir.

 

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU