Azərbaycanda qadın müəllimlərlə bağlı maraqlı rəqəmlər açıqlanıb. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda ən az və ən çox qadın müəllimi olan rayonların adları göstərilib.
Məlum olum ki, Yardımlı qadın müəllimi ən az olan rayondur. Bu rayonun təhsil sahəsində çalışanların cəmi 11 faizi zərif cinsdən olanlardır. Naftalan isə əksinə, burada müəllimlərin 96 faizi qadınlardır.
Respublika üzrə ali təhsil məktəbləri istisna olmaqla digər bütün təhsil ocaqlarında çalsan təhsil işçilərinin 79,1 faizini qadınlar təşkil edir.
Cəmi 7 rayonun təhsil sahəsində çalışanların 50 faizdən az hissəsini qadınlar təşkil edir.
Qalan şəhər və rayonlarda bu göstərici 50 faizdən artıqdır. 30 şəhər və rayonun bu göstəricisi 80 faizi ötüb.
Mingəçevir, Gəncə, Yevlax, Bakı, Samux və Naxçıvanda bu nisbət qadınların xeyrinə olmaqla 90 faizdən artıqdır.
Ölkənin ümumtəhsil direktorların 30 faizi, direktor müavinlərinin isə 49 faizi qadınlardır.
Ağa AKİFOĞLU