Modern.az

Doğum evinin fəaliyyəti niyə dayandırılıb?

Doğum evinin fəaliyyəti niyə dayandırılıb?

17 Fevral 2011, 10:18

Gəncənin 1 saylı Doğum evi 80 yaşını haqlasa da, onun nə vaxt təmir edildiyini heç kim xatırlamır. 
1931-ci ildə istifadəyə verilən bu bina 50 çarpayılıq xəstəxana kimi fəaliyyətə başlayıb. İkinci Dünya müharibəsi illərində hərbi hospital olan tibb ocağı indi çox acınacaqlı günlərini yaşamaqdadır. Otaqların, dəhlizlərin vəziyyəti sanki filmlərdəki sürgün düşərgələrini xatırladır. Belə bir mühitdə hamilə qadınların necə müayinə olunduğunu, körpələrin nə şəraitdə dünyaya gəldiyini ancaq tibbi personal bilir.
Xeyli vaxtdır 1 saylı Doğum evi fəaliyyətini dayanıb.
Məsələyə aydınlıq gətirən Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev Modern.az-a açıqlamasında deyib ki, tibb ocağını fəaliyyətinin dayandırılmasına səbəb şəhər Gigiena və Epidemiologiya Mərkəzi tərəfindən onun istismara yararsız olması haqda qərardır. İdarə rəsmisi uzun illərdir uyğunlaşdırılmış binada fəaliyyət göstərən və əsaslı təmirə ehtiyacı olan  1 saylı Doğum evinin yaxın vaxtlardan başlayaraq əsaslı şəkildə yenidən qurulacağınıda söyləyib. Amma nə vaxt?
Qeyd edək ki, hazırda adı çəkilən doğum evindən başqa Gəncədə yenicə istifadəyə verilmiş Perenatal Mərkəz və təmirə ehtiyacı olan 2 saylı Doğum evi mövcuddur.
2 saylı Doğum evi də hazlrda uyğunlaşdırılmış binada yerləşir və sovet dövründə xəstəxana layihəsi üzrə tipik səhiyyə müəssisəsi kimi tikilərək istifadəyə verilib.



Xaliq Qurbanov
Gəncə

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?