Modern.az

Nazirlik yeni sayt istifadəyə verdi

Nazirlik yeni sayt istifadəyə verdi

17 Fevral 2011, 16:05

Fevralın 17-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun yeni versiyada internet saytının (//www.anfes.gov.az/) təqdimatı keçirilib.

Modern.az saytının məlumatına görə, tədbirdə çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, saytda Fondun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza, güzəştli kreditlərin verilmə mexanizmi, güzəştli kredit əldə etmək üçün müraciət forması, güzəştli kreditlərin respublikanın iqtisadi rayonlarına, iqtisadiyyatın sahələrinə və kreditlərin növlərinə görə təsnifatı, güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan investisiya layihələri və digər məlumatlar əks etdirilib. Saytda həmçinin, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyəşdirilmiş böyük və iri investisiya layihələrinin iqtisadi və inzibati rayonlar, həmçinin iqtisadiyyatın sahələri üzrə bölgüsü, layihələrin icrasının gedişi barədə mütəmadi yeniləşdirilən məlumatlar yerləşdirilib. Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və onların inzibati rayonlarda yerləşən filialları haqqında məlumatlara ictimaiyyətin sərbəst çıxışının təmin olunması üçün interaktiv xəritə yaradılıb.  Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza