Səhiyyə Nazirliyi Mikrobiologiya ixtisası üzrə keçirilmiş sertifikasiya imtahanının nəticələrini açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, fevralın 16-da keçirilən mikrobiologiya ixtisası üzrə imtahanın nəticələri bəllidir. Məlumatda göstərilib ki, imtahanda ümümilikdə 20 həkim iştirak edib ki, onlardan da 17-si (85%) uğurlu nəticə qazanıb.
Həkimlərin növbəti sertifikası imtahanı neyrocərrahiyyə və stomatologiya ixtisasları üzrə fevralın 23-də keçiriləcək.
İmtahanın cavabları bu linkdə - //www.health.gov.az/article.php?sertifikasiya18
Modern.az