Aprelin 3-də keçirilən sınaq imtahanının nəticələri aprelin 7-dək Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasının (TQDK) internet saytında yerləşdiriləcək.
TQDK-nın mətbuat xidmətindən Modern.az saytına bildirilib 2011-ci il aprelin 3-də respublikanın 18 şəhərində sınaq imtahanı keçirilib. Hazırda sınaq imtahanında iştirak etmiş abituriyentlərin cavab kartlarının emalı aparılır. Nəticələrin aprelin 7-dək Komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulub.
Növbəti sınaq imtahanları aprelin 10-da və 17-də keçiriləcək və həmin sınaq imtahanlarına yazılış davam edir.
TQDK bir daha abituriyentlərin nəzərinə çatdırıb ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.
Modern.az