Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının bu gün saat 15.00-da növbədənkənar iclası keçiriləcək. Bu barədə Modern.az saytına partiyanın mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, partiya sədri Yusif Bağırzadənin sərdliyi ilə keçəcək iclasda İctimai Palatanın dünən “Sahil” bağında keçirdiyi razılaşdılılmamaış aksiyası ilə bağlı son durum, ölkədəki ictimai-siyasi vəziyyət və eləcə də bir sıra məsələlər müzakirə olunacaq. Ə.Orucov AMİP-in İctimai Palatadan çıxması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, bu barədə onda heç bir məlumat yoxdur.
Modern.az