Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov NATO Parlament Assambleyasının yaz sessiyasında martın 8-də erməni snayperi tərəfindən qətlə yetirilən Fariz Bədəlovla bağlı müzakirələrin aparılacağını bildirib. Bu barədə Modern.az hakim partiyanın saytına istinadən xəbər verir.
Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov qeyd edib ki, sessiya çərçivəsində siyasi, təhlükəsizlik və müdafiə komitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq. Bundan əlavə, Ermənistan tərəfinin beynəlxalq hüququn normalarını və prinsiplərini, eləcə də atəşkəs rejimini davamlı pozduqları barədə da fikir mübadiləsi aparılacaq.
Modern.az