Modern.az

İctimai Komitə uşaq “koloniyası”nı yoxlayıb

İctimai Komitə uşaq “koloniyası”nı yoxlayıb

Təhsil

22 Aprel 2011, 17:41

Bu gün Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev və üzvü Nazir Quliyev Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəssisəsində,  Komitə üzvləri Elmari Məmişov və Zaur Seyidzadə isə Uşaq Tərbiyə Müəssisəsində monitorinq keçiriblər.

Bu barədə Modern.az-a Komitədən daxil olan pres-relizdə bildirilib. Monitorinqlər zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib. Eyni zamanda məhkumların fərdi qəbulu həyata keçirilib.  

2 saylı Cəzaçəkmə müəssisəsində 16 məhkuma hüquqi yardım göstərilib, kitabxana fonduna isə 120-dən çox kitab hədiyyə edilib. Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?