Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları Müsavat Partiyasının Binəqədi rayonunda yerləşən mərkəzi qərargahında axtarış aparmağa başlayıb.
Bu barədə APA-ya partiya başqanının müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlı hüquq-mühafizə orqanları əməkdaşlarının onlardan İctimai Palata ilə bağlı sənədləri istədiklərini bildirib: “Biz həmin sənədləri onlara təqdim etməyə razılaşmışıq”.
Respublika Baş Prokurorluğundan Müsavat Partiyasının qərargahında axtarış aparıldığı təsdiqlənib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, partiyanın qərargahında aparılan axtarış tədbirləri aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar başlanmış cinayət işi üzrə və məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilir.