Modern.az

Oqtay Əsədov nümayəndə heyətilə birgə Astanada ... (FOTOLAR)

Oqtay Əsədov nümayəndə heyətilə birgə Astanada ... (FOTOLAR)

27 Aprel 2011, 15:07

TurkPA-nın II Plenar iclasında iştirak etmək üçün Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri spiker Oqtay Əsədov Astanada Qazaxıstan parlamentində Senatın sədri Kayrat Mami ilə görüşüb.
Modern.az-ın məlumatına görə, Azərbaycandan olan nümayəndə heyətini salamlayan Kayrat Mami Astanada keçirilən parlament forumunun və parlamentlərarası əlaqələrin möhkəmlənməsindən danışıb. Bildirib ki, prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə yaranan TürkPA-nın inkişafında Azərbaycan böyük töfhə verib. O, bu il Astanada İslam Konfransı Təşkilatına üzv ölkələrinin XİN rəhbərlərinin 38-ci sessiyasının keçirilməsinə görə dəstək verdiyi üçün Azərbaycana minnətdarlığını bildirib.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ikitərəfli münasibətlərin inkişafı üçün əsaslana biləcəyimiz ortaq dəyərlərin olduğunu bildirib. Azərbaycan Respublikası ilə Qazaxıstan Respubklikası arasında əlaqələrin möhkəm hüquqi təməli olduğunu, siyasi, iqtisadi, sosial, mədəni, humanitar sahələrdə 87 sənədin imzalandığını qeyd edib. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, ötən dövrün yekunlarına görə, ölkələrimiz arasında 340 milyon ABŞ  dollarına yaxın ticarət dövriyyəsi olub.
Spiker  Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində olan əməkdaşlığı da yüksək qiymətləndirib. Azərbaycandan olan  nümayəndə  heyəti Qazaxıstan parlamentinin Məclis sədri  Ural Muxammedcanovla da görüşüb. Ural Muxammedcanov deyib ki, Qazaxıstan Azərbaycanı Qafqaz regionunda  əsas tərəfdaş kimi qəbul edir.
O həmçinin Qazaxıstanda çoxminli Azərbaycan diasporunun yaşadığını, onların Qazaxıstan iqtisadiyyatına və inkişafına töfhələr verdiyini bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov da Qazaxıstanın TürkPA-ya müvəffəqiyyətlə sədirlik edəcəyinə inandığını buildirib. O eyni zamanda Azərbaycan Respublikası Prezidentinin salamını çatdırıb. Ölkələrimizin tarixi dostluğundan, isti münasibətlərindən danışan O.Əsədov TürkPA-nın yaradılmasının müasir dünyanın yeni çağırışları qarşısında hər iki xalqın qüvvələrini birləşdirmək üçün uğurlu addım olduğunu vurğulayıb.

 

 

 

 

 

 

 


Ləman Ağayeva
Astana
 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?