Sabahdan etibarən qeyri-sabit keçən hava şəraiti mülayimləşək. Bu barədə Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib.
Sabah Bakı və Abşeron yarmadasında yağmursuz hava şəraiti müşahidə olunaçaq. İ.Məmmədovun sözlərinə görə, ayın 28-dən etibarən qarşıdakı üç gün ərzində - 29, 30 və 1 mayda hava nisbətən mülayim keçəçək.
Sabah səhər saatlarında şimal-qərb küləyi əsəcək, daha sonra şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəz olunacaq.
İ.Məmmədovun sözlərinə görə, paytaxtda yağmursuz hava olsa da, bəzi bölgələrdə yağmurlu hava şəraiti davam edəcək.
Sədaqət SÜLEYMANOVA