"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanuna dəyişikliklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti 2009-cu il 17 sentyabr tarixli 141 nömrəliqərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişiklik edib.
Modern.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən bildirir ki, qərara əsasən bu gündən etibarən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkmək qadağan edilib.