Dünya Gənc Türk Yazarlar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb. "Milli sənətə yazarlardan töhfə" adlı bu layihə çərçivəsində yeni sayt (BizimYAZI.com) yaradılacaq, iki kitab ("Seçmə Aşıq Şeirləri", "Yeni nəsil Azərbaycan aşıqları-2”) nəşr olunacaq.
Layihə şərçivəsində geniş təqdimat törəninin keçirilməsi də nəzərdə tutulub. Qeyd edək ki, layihənin icra müddəti 5 aydır.
Qrumun sədri Əkbər Qoşalının Modern.az saytına verdiyi məlumata görə DGTYB son illər “Gənc yazarlara dəstək” (2008), “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği” (2009), “Kitablı dünya” (2009-2010), “Unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması (və onların qorunmasında gənclərin fəallığının artırılması) adlı layihələr həyata keçirib.
"Milli sənətə yazarlardan dəstək" layihəsinin rəhbəri DGTYB başqanı Əkbər Qoşalıdır.
Modern.az