Modern.az

Ben Ladenlə villada yaşayan 2 arvadı və 4 övladı da həbs edilib

Ben Ladenlə villada yaşayan 2 arvadı və 4 övladı da həbs edilib

2 May 2011, 12:34

Ben Ladenin məhv edilməsi əməliyyatı zamanı onun iki arvadı və 4 övladı həbs edilib. Modern.az “Vesti”-yə istinadən bildirir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb. Əməliyyat zamanı Ben Ladenin bir oğlu öldürülüb. Həmçinin “bir nömrəli terrorçunun” bir neçə köməkçisi həbs edilib.

İTAR-TASS isə xəbər verir ki, əməliyyat zamanı “Əl-Qaidə” liderinin ərəb mənşəli bir neçə mühafizəçisi də məhv edilib.

Ben Laden Pakistanın paytaxtı İslamabadın 100 kilometrliyində olan Abbotabad şəhərindəki villada yaşarımış. Bu ev Pakistanın ən məşhur hərbi akademiyasının yaxınlığında yerləşib. Məlumata görə, iki ABŞ hərbi helokopteri məhz bu ünvanı aramsız raket atəşinə tutub.

1957-ci il təvəllüdlü Ben Laden 1989-cu ildə “Əl-Qaidə” təşkilatını yaradıb.
“Əl-Qaidə” 2001-ci il sentaybrın 11-də isə ABŞ-da 3000 nəfərə yaxın adamın ölümü ilə nəticələnən terror aktları törədib.
Ben Ladenin 4 arvadı, 19 övladının olduğu bildirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?