Modern.az

Azərbaycanda dərman vasitələri idxal edən 82 müəssisə var

Azərbaycanda dərman vasitələri idxal edən 82 müəssisə var

5 May 2011, 14:20

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına görə, səhiyyə sektorunun ayrılmaz hissəsi olan özəl tibb və əczaçılıq sektorlarında vəziyyət daim nazirliyinin diqqət mərkəzindədir.

Hazırda ölkədə 252 ambulator, 72 stasionar və 266 stomatoloji xidmət edən özəl tibb müəssisələri fəaliyyət göstərir. Əczaçılıq sektorunda dərman vasitələrinin idxalı ilə məşğul olan 82 müəssisə və 554 aptek təşkilatları lisenziyalaşdırılıb.

Lisenziyalaşdırma prosesinin asanlaşdırması məqsədi ilə, yaxın bir il ərzində lisenziya müddəti bitən müəssisə rəhbərlərini Səhiyyə Nazirliyinin tələbləri ilə tanış etmək, onları maraqlandıran sualları cavablandırmaq və artıq lisenziyalaşmış müəssisələrdə təşkil olunmuş iş ilə həmkarları tanış etmək məqsədi ilə 5 – 6 may tarixlərində Səhiyyə Nazirliyinin binası, elektron kitabxanasının zalında özəl tibb və əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılmasına həsr olunmuş sərgi-seminar təşkil olunub. Tədbirdə yaxın bir il ərzində lisenziyalarının müddəti bitən tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan müəssisələrin rəhbərləri iştirak edir. İki gün ərzində 150 nəfərin iştirakı nəzərdə tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?