Modern.az

“Eurovison” təmsilçilərimiz Almaniyada hamını təəcübləndirirlər

“Eurovison” təmsilçilərimiz Almaniyada hamını təəcübləndirirlər

5 May 2011, 14:26

Azərbaycanın “Eurovision-2011” təmsilçiləri-Eldar və Nigar Düsseldorfda  “Euroklub”da  Türkiyə nümayəndə heyətinin rəsmi tədbirində çıxış edib. 

Tədbir çərçivəsində nümayəndələrimiz Rusiya, Malta, San-Marino, Gürcüstan, Makedoniya, eləcə də gecəyə sahiblik edən Türkiyənin “Yüksək Sadakat” qrupu ilə birlikdə olublar. 

Duetimiz “Euroklub” səhnəsindən qonaqlara müsabiqədəki mahnılarını-“Running Scared” mahnısını ərməğan edib. 

“Yüksək Sadakat” qrupunun tədbirindəki bu ifa təmsilçilərimizin Düsseldorfda rəsmi məşqdən əlavə ilk çıxışı olub. Eldar və Nigar burada bek-vokalçıların dəstəyi olmadan canlı ifa ediblər.
“Eurovison-2011” təmsilçilərimiz gözəl vokal imkanlarını nümayiş etdirməklə yanaşı, həm də dinləyicilərlə canlı ünsiyyət yaradaraq qonaqlar, fanatlar və jurnalislərin böyük rəğbətini qazanıblar.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?