Modern.az

TQDK: “Test suallarının əvvəlcədən ictimaiyyətlə müzakirə edilməsi mümkün deyil”

TQDK: “Test suallarının əvvəlcədən ictimaiyyətlə müzakirə edilməsi mümkün deyil”

Təhsil

5 May 2011, 14:40

“Misir Mərdənovun həmin fikrində anlaşılmazlıq var və ya jurnalistlər düzgün başa düşməyiblər”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, test suallarının əvvəlcədən ictimaiyyətlə müzakirəyə çıxarılması mümkün deyil.

“Eyni sualla jurnalistlər bizə müraciət ediblər, amma burda bir anlaşılmazlıq var. Çünki suallar qapalı formada hazırlanır, sonra da imtahanda abituriyentlərə verilir. Yalnız bundan sonra test sualları müzakirəyə çıxarıla bilər” deyən mətbuat xidmətinin rəhbəri bunu da hər il etdiklərini deyir.

Qeyd edək ki, təhsil naziri Misir Mərdənov jurnalistlərə açıqlamasında test suallarının ictimaiyyətin müzakirəsinə çıxarılmasının daha effektiv olacağını deyib. O bunu hər il test imtahanlarından sonra əvvəlki nöqsanlar nəzərə alınması və tapşırıqlar verilməsi ilə əlaqələndirib.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?