Modern.az

Samir Şərifov Asiya İnkişaf Bankını Azərbaycandakı layihələrdə yaxından iştiraka dəvət edib

Samir Şərifov Asiya İnkişaf Bankını Azərbaycandakı layihələrdə yaxından iştiraka dəvət edib

6 May 2011, 10:58


Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 44-cü İllik Toplantısında Azərbaycan Respublikasının maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü S.Şərifov başda olmaqla Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edir.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İllik Toplantının gündəliyinə Bankın 2010-cu il üzrə illik hesabatının müzakirəsi və keçirilmiş auditin maliyyə nəticələrinin təsdiq olunması daxil edilib. Bununla yanaşı, dünyanın 67 ölkəsinin üzv olduğu Asiya İnkişaf Bankının bu ilki toplantısında 2008-2009-cu illərin yeni başa catmış dünya maliyyə böhranından sonrakı şəraitdə dünya iqtisadiyyatının bərpasının aparıcı qüvvəsinə çevrilmiş Asiya regionu ölkələri qarşısında duran cağırışlar, onların həlli yolları, o cümlədən bir cox region ölkələrində yoxsulluğun aradan qaldırılması, əhalinin həyatının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitə xələl gətirməyən hərtərəfli iqtisadi artımın təmin edilməsi, region ölkələri arasında inteqrasiya proseslərinin təşviqi kimi məsələlər və onların maliyyələşdirilməsi imkanları nəzərdən kecirilib.

İllik Toplantı çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti mayın 4 və 5 tarixlərində bir sıra işgüzar görüşlər keçirib.  Asiya İnkişaf Bankının prezidenti Haruhiko Kuroda ilə keçirilən görüş zamanı cenab Kuroda  Bankla Azərbaycan Respublikası arasında hazırki əlaqələrin səviyyəsindən məmnun olduğunu, bununla yanaşı Azərbaycan iqtisadiyyatının diversifikasiyasında Bankın öz töhfəsini verməyə hazır olduğunu bildirib. Kuroda Azərbaycan Respublikasının son illər davamlı olaraq əldə etdiyi yuksək iqtisadi göstəricilərin, xüsusi ilə də dünya maliyyə böhranı zamanı Azərbaycan iqtisadiyyatının göstərdiyi dayanıqlığın təqdirəlayiq olduğunu vurğulayıb.
S.Şərifov Azərbaycan Respublikasının Asiya İnkişaf Bankı ilə əməkdaşılğa yüksək əhəmiyyət verdiyini və Azərbaycan hökumətinin bu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Eyni zamanda o, Azərbaycan Hökumətinin həyata keçirdiyi sosial iqtisadi siyasət barədə məlumat verib və nəzərdə tutulmuş bir sıra layihələrin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında regionların su təchizatının yaxşılaşdırılması ilə bağlı hazırlanmış layihələrin həyata kecirilməsinin maliyyələşdirilməsində Asiya İnkişaf Bankını yaxından iştirak etməyə dəvət edib.

S.Şərifovun Asiya İnkişaf Bankının digər rəhbər işciləri ilə keçirilmiş görüşlərində bankın Azəbaycanda həyata keçirdiyi layihələrin cari icra vəziyyəti müzakirə edilib, həmçinin gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Toplantı çərçivəsində, eyni zamanda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) vitse-prezidenti Kiyoşi Kodera, həmcinin Türkiyə Respublikası Xəzinadarlığının müstəşarı İbrahim Çanakçı ilə də görüşlər keçirilib, maliyyə sahəsində ikitərəfli əməkdaşlıq və beynelxalq maliyyə institutları çərçivəsində ölkələrimizin birgə fəaliyyət imkanları müzakirə edilib.

Asiya İnkişaf Bankı 1966-ci ildə yaradılıb və Azərbaycan Respublikası 1999-cu ildən bu Bankın üzvüdür.
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?