Modern.az

Mübariz Qurbanlı Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib

Mübariz Qurbanlı Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib

6 May 2011, 13:45

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı müstəqilliyin 20 illik yubleyi ilə əlaqadar Milli Məclisdə işçi qrupun yaradılmasını təklif edib. Millət vəkili çıxışında deyib ki, bu işçi qrup payız sessiyasına qədər müstəqlillik tariximizdəki uğurlarımız və problemlərimizi araşdırmaq üçün təkliflərini ortaya qoymalıdır.
“Təklif edirəm ki, payız sessiyası zamanı parlamentin bir iclası Müstəqillik Aktının qəbulunun 20 illiyinə həsr edilsin və burada deputatlar çıxış edərək mövqelərini bildirsinlər”-deyə M. Qurbanlı vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?