Prezident İlham Əliyev Gədəbəy Rayon Məhkəməsinin hakimi H.T.Hüseynovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam verib.
Modern.az-ın məlumatına görə, sərəncamda bildirilib ki, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Tariyel oğlu Hüseynovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.