Modern.az

Şəmkirdə göz xəstələrinə pulsuz tibbi xidmət göstərilib

Şəmkirdə göz xəstələrinə pulsuz tibbi xidmət göstərilib

11 May 2011, 13:11

Akademik Zəifə Əliyeva adına Oftalmologiya Mərkəzinin səyyar klinikası Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar olaraq Şəmkir rayonunda humanitar aksiya keçirib. 

Tədbir bu bölgədən seçilən millət vəkili, Yeni Azərbaycan Partiyası Nəsimi Təşkilatının sədri Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutub.

Deputatın Şəmkirdəki ofisindən Modern.az saytına verilən məlumata görə mərkəzin baş həkimi də bu humanitar tədbirdə iştirak edib.

Həkim briqadası Bakidan aparilmiş və bütün avadanlıqlarla təchiz olunmuş avtomobillərdə işləyiblər.

Aksiya zamanı göz xəstəliklərindən əziyyət çəkən və əsasən ucqar kəndlərdən olan insanlara tibbi xidmət göstərilib.

Göz xəstəliklərindən əziyyət çəkən 450 xəstə müayinə edilib. Üç gün ərzində 40-a qədər müəyyən cərrahiyyə əməliyyatı aparılıb. Ciddi əməliyyata ehtiyacı olanlar isə Bakıda əməliyyat olunacaq.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular