Modern.az

Sabancı Universiteti Bakıda seminar verəcək

Sabancı Universiteti Bakıda seminar verəcək

11 May 2011, 17:33

Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Sabancı Universiteti şənbə günü Bakıda Türkiyədə təhsil haqqında seminar verəcək. 
Mayın 14-də saat 15:00-də “Landmark” otelində keçiriləcək seminarda Türkiyədə təhsil imkanları, təqaüd formaları haqqında danışılacaq. 
Akademi Təhsil Qurumları və Türkiyə Məzunları İctimai Birliyinin təşkilati dəstəyi ilə keçiriləcək seminarda universitetin xarici əlaqələr söbəsinin direktor müavini Ebru Koc və yönətim bilimləri fakültəsindən Prof. Dr. Ahmet Önc, Türkiyə Universitetləri Azərbaycan Təmsilçisi Razi Vəliyev iştirak edəcək. 
Abituriyentlər, tələbələr və valideynlər onları maraqlandıran suallara birbaşa cavab tapa biləcəklər.

Məlumatı Modern.az saytına Razi Vəliyev verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular