Xankəndi hava limanında uçuş-enmə zolağının genişləndirmək zərurtəti yarandığından bu obyektin açılışı təxirə salınıb. Bu barədə Ermənistanın “Armavia” şirkətinin sahibi Mixail Baqdasarov erməni jurnalistlərinə məlumat verib.
Onun sözlərinə görə, uçuş zolağı genişləndirildikdən sonra hava limanı təkcə kiçik yox, orta ölçülü təyyarələri də qəbul edəcək. Baqdasrov bildirib ki, rəhbərlik etdiyi şirkət Xankəndi-İrəvan təyyarə reysi açmaq niyyətində deyil. Belə ki, qondarma qurum özü təyyarə şirkəti açmaq niyyətinə düşüb.
Qeyd edək ki, Azərbaycan rəsmi olaraq bəyan edib ki, Xankəndinə təyyarə enməyinə imkan verməyəcək.
Modern.az