Modern.az

Yerdəyişməyə məruz qalmış gənclər...

Yerdəyişməyə məruz qalmış gənclər...

12 May 2011, 14:54

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə 12-15 may 2011-ci il tarixlərində Novxanı “AF Hotel-Aqua Park”-da “Yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesinə cəlb edilməsi” layihəsini keçirilib.
Tədbir Milli Şuranın baş katibi Orxan Ərəbov bildirib ki, layihənin keçirilməsinin əsas məqsədi yerdəyişməyə məruz qalmış gənclərin Avropaya inteqrasiya prosesini daha da gücləndirməkdir. Orxan Ərəbov əlavə edib ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) cəmiyyətimizin sosial qayğı və xüsusi diqqətə ehtiyacı olan  qaçqın və məcburi köçkün gənclərimizə daim xüsusi diqqət və qayğı göstərir, onları layihələrə aktiv formada cəlb edir. Belə layihə və görüşlər yerli və beynəlxalq səviyyədə həyata keçirilib.
“Azərbaycanda təxminən Dağlıq Qarabağ  və  ətraf  rayonlardan,  eyni zamanda  Ermənistandan  qaçqın və məcburi köçkün düşən 1 milyondan çox insan var. Azərbaycanda yaşayan yerdəyişməyə məruz qalmış şəxslərin önəmli bir qismini gənclər təşkil edir. Azərbaycandakı yerdəyişməyə məruz qalmış gənclər ictimai işlərə cəlb olunmalı və digər ölkələrdəki gənclərlə əməkdaşlıq edərək Avropaya inteqrasiya prosesində aktiv iştirak etməlidirlər. Azərbaycandakı yerdəyişməyə məruz qalmış gənclərin rastlaşdığı əsas problemlərdən biri də çox az bir hissəsi istisna olmaqla, böyük bir qisminin ictimai-sosial proseslərə aktiv qoşulmaması qalmaqdadır. Bu layihənin həyata keçirilməsi məhz yuxarıda sadalanan məsələlərin həllini nəzərdə tutur”.
Dövlət Miqrasiya Xidmətinin rəsmisi Vahid Qəhrəmanov və Gənclər İdman Nazirliyinin rəsmisi  Fuad Babayev bildiriblər ki, bu cür layihələr ölkə gənclərinin inkişafı üçün çox önəmlidir.

Sözügedən layihədə Gürcüstan, İtaliya, Latviya, Belçika, Ukrayna, Finlandiya, Türkiyə və Rusiya və digər Avropa ölkələrindən iştirakçılar olacaq. Ümumilikdə 16 xarici və 5 yerli iştirakçı olub.

Qeyd edək ki, tədbirə Gənclər və İdman Nazirliyi və Avropa Gənclər Fondu dəstək verir.



Orxanəli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular