Bu gün Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş «Riyaziyyatın tətbiqi problemləri» mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb.
Tədbiri BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev açıb.
Daha sonra çıxış edən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinın dekanı, AMEA-nın müxbir üzvü, professor Məhəmməd Mehdiyev fakültənın uğurları barədə danışıb. Sonra “Diferensial tənliklər və riyazi modelləşdirmə”, “Əməliyyatlar tədqiqi, ehtimal nəzəriyyəsi və riyazi statistika, riyazi kibernetika”, “Optimal idarəetmə və informatika”, “Riyazi iqtisadiyyat” bölmələri üzrə iclaslar keçirilib.
Riyaziyyatın müxtəlif sahələrinə aid 100 yaxın məqalə və məruzələrdən ibarət olan konfrans 4 bölmədən ibarətdir.
Mail Ağaxanov